"By Ella" Bakıdan İstanbula narkotik daşıyırmış - DETALLAR  - YENİLƏNİB
19 avqust 2026 10:43 (UTC +04:00)

"By Ella" Bakıdan İstanbula narkotik daşıyırmış - DETALLAR - YENİLƏNİB

0

“By Ella” ləqəbi ilə tanınan bloger Lalə Məmmədovanın həbsinin detalları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, o, Azərbaycandan Türkiyəyə narkotik aparırmış. 

Üzərində külli miqdarda narkotik vasitə olan Lalə Məmmədova Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən Bakıdan İstanbula uçarkən hava linanında saxlanılıb.

Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. 

***

saat 10:20

Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloqer hava limanında saxlanılıb.

Lent.az “Unikal”a istinadən xəbər verir ki, Lalə İlham qızı Məmmədova məhkəmə qarşısına çıxarılıb.

Ona qarşı Cinayət Məcəlləsinin  206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 780

Oxşar yazılar