Vəkil Elşad Məmmədov həbs edildi - YENİLƏNİB
18 avqust 2026 20:58 (UTC +04:00)

Vəkil Elşad Məmmədov həbs edildi - YENİLƏNİB

0

Abşeron vəkil bürosunun vəkili Elşad Məmmədov həbs edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, dələduzluqda ittiham olunur.

Vəkil vətəndaş şikayətləri əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. 

Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

14:25

Abşeronda tanınmış vəkil saxlanılıb.

Lent.az "Unikal"a istinadən xəbər verir ki, Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində çox sayda vətəndaş şikayətinin olduğu bildirilir.

Amma vəkilin tam olaraq hansı səbəbdən saxlanılması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1094

Oxşar yazılar