Masazırda kişi yemək bişirməyən  arvadını vəhşicəsinə   döydü
18 avqust 2026 17:32 (UTC +04:00)

Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü

0

Abşeronda kişi arvadını döyüb.

Lent.az-ın xəbərinə görə, hadisə Masazır qəsəbəsində baş verib.

İttiham aktına görə, 36 yaşlı Qax rayon sakini Şücaət Kərimov (şərti adla) yaşadıqları evdə ona vaxtında yemək verməyən 39 yaşlı arvadı ilə mübahisə edib. Mübahisə zamanı o, əl və yumruq zərbələri ilə qadının başına, qollarına vurub. Qadın zərbələrdən yerə yıxılandan sonra isə Şücaət təpiklə bel, ayaq və bədəninin müxtəlif yerlərinə vuraraq, bir sıra xəsarətlər yetirib.

Bu əməlinə görə, Şücaət Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs 3 ay evləndiklərini və törətdiyi əməldən peşman olduğunu bildirib. Onun sözlərinə görə, arvadından yemək istəyəndən qadın hələ hazır olmadığını, indi bişirəcəyini deyib. Şücaət həmçinin qayınanasının da onların işinə qarışdığını dilə gətirib.

Zərərçəkmiş qadın isə ifadəsində bildirib ki, Şücaət onu döyüb xəsarət yetirdiyi üçün məhkəmədən tək tələbi onun cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Məhkəmənin qərarı ilə Ş. Kərimov 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar