Bakıda gənc oğlanın meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində qeydə alınıb.
28 yaşlı Salyan rayon sakini Tarverdi Hüseyn oğlu Haxverdiyevin meyiti kirayədə yaşadığı evin hamam otağında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.