Cəlilabadda ağır qəza: 8 nəfər yaralandı
04 sentyabr 2025 17:58 (UTC +04:00)

Cəlilabadda ağır qəza: 8 nəfər yaralandı

0

Cəlilabadda ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. 

TƏBİB-dən verilən məlumata görə, sentyabrın 4-də saat 14:00 radələrində Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (4-ü qadın, 4-ü kişi cinsli) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.

1978-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər 7 şəxsin müalicəsi tibbi müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar