Çimərlikdə  telefonu, qızılı və pulu oğurlandı
24 iyul 2026 14:05 (UTC +04:00)

Çimərlikdə telefonu, qızılı və pulu oğurlandı

0

Paytaxtın Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq hadisəsi baş verib.

Lent.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək içərisində mobil telefon, zinət əşyası, nağd pul və digər şəxsi ləvazimatların olduğu çantasının naməlum şəraitdə talandığını bildirib.  

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən C.Şirinli və A.Şahverdiyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların zərərçəkənin dənizdə çimərkən çantasını sahildə qoymasından sui-istifadə edərək oğurluğu törətdikləri məlum olub. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar