Cəlilabadda diş poliklinikasında çürümüş meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən fəaliyyət göstərməyən diş poliklinikasının 2-ci mərtəbəsində qeydə alınıb.
Meyiti çürüməyə məruz qalmış şəxsin 1976-cı il təvəllüdlü Cavid Səftər oğlu Əkbərov olması müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.