Cəlilabadda BƏDBƏXT HADİSƏ:  21 yaşlı oğlan boğuldu
23 iyul 2026 14:44 (UTC +04:00)

Cəlilabadda BƏDBƏXT HADİSƏ: 21 yaşlı oğlan boğuldu

0

Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub.

Hadisə rayon mərkəzində yerləşən meyvə bağında baş verib. Rayon sakini olan 2005-ci il təvəllüdlü Kənan Mahmudlu sərinləmək məqsədilə suvarma hovuzuna girib və suda batıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən aparılan axtarışlar zamanı 21 yaşlı oğlanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./ APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar