Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, qəza Ələt–Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, hərəkətdə olan minik avtomobili 2018-ci il təvəllüdlü S. Mustafayevi vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev