Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gecə yataq kisələrinin içərisinə yerləşdirərək bədənlərini yapışqan lentlə möhkəm sarıyıblar. Uşaqların ətrafa baxmasının qarşısını almaq üçün isə gözlərini də yapışqan lentlə bağlayıblar.
Məhkəmə iclası zamanı uşağın atası və ögey anası hərəkətlərinə beş yaşlı oğlanın inkişaf xüsusiyyətləri ilə haqq qazandırmağa cəhd ediblər.
Onların iddiasına görə, uşağın daha möhkəm yatması üçün başını yapışqan lentlə hərəkətsiz vəziyyətdə saxlamaq lazım imiş.
Lakin istintaq bu hərəkətləri sistematik işgəncə kimi qiymətləndirib.
Hazırda hüquq-mühafizə orqanları və sosial xidmət əməkdaşları təqsirli şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində iş aparırlar.
Evdə yaşayan digər uşaqlar artıq ailədən alınaraq qohumlarının himayəsinə verilib.