Cəlilabadda bələdiyyə sədri vəfat edib
Lent.az xəbər verir ki, Cəlilabad Bələdiyyələrin Əlaqələndirmə Şurasının sədri Əmrah Quliyev dünyasını dəyişib.
Ə. Quliyevin xəstəxanada əməliyyat olunarkən rəhmətə getdiyi bildirilir.
Qeyd edək ki, o həmçinin Cəlilabad rayon Üçtəpə kənd bələdiyyəsinin sədri idi.