Əllərin və ayaqların rənginin dəyişməsi  xəstəliyə işarədir
29 oktyabr 2025 15:37 (UTC +04:00)

Əllərin və ayaqların rənginin dəyişməsi xəstəliyə işarədir

0

Həkim xəbərdarlıq edib ki, soyuq havada əllərdə və ya ayaqlarda dərinin rənginin dəyişməsi qan dövranının pozulmasına, xüsusilə də Reyno xəstəliyinə işarə edə bilər. Bu vəziyyətdə soyuq və ya stress təsiri ilə dərini qidalandıran kiçik arteriyalar daralır və qana axının qarşısı alınır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, MBBS və DPhil dərəcələrinə malik doktor O’Donovan izah edib ki, damar spazmı tipik simptomlara səbəb olur: uyuşma, batma hissi, soyuqluq və ya barmaqlarda ağrı. Zərər görən sahələr əvvəlcə ağarır, sonra göyərir, isinmədən sonra isə qızarır.

Bəzən bu proses şişkinlik və ya pulsasiya hissi ilə müşayiət olunur. Ən çox barmaqlar təsirlənsə də, xəstəlik bədənin digər hissələrinə burun, dodaq və ya qulaqlara da təsir göstərə bilər. Həkimin sözlərinə görə, istilik bərpa olunduqdan sonra belə qan dövranı dərhal normaya qayıtmır bu proses təxminən 15 dəqiqə çəkə bilər.

Mütəxəssis qeyd edib ki, Reyno xəstəliyinin dəqiq səbəbləri hələ məlum deyil, lakin əllərin və ayaqların damarlarının aşağı temperatur və ya emosional gərginliyə həddindən artıq reaksiya verdiyi ehtimal olunur. Ən geniş yayılmış tətikləyicilər soyuq hava, buz və ya soyuq su ilə təmas, həmçinin psixoloji stressdir.

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar