Culfada ağır qəza,  polis əməkdaşları həlak oldu  - YENİLƏNİB
12 sentyabr 2025 08:07 (UTC +04:00)

Culfada ağır qəza, polis əməkdaşları həlak oldu - YENİLƏNİB

0

Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada həlak olanlardan dördü də polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsi nəticəsində baş verdiyi ehtimal edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1550

Oxşar yazılar