Daşkəsəndə DƏHŞƏT:  qardaş bacısını baltaladı - TƏFƏRRÜATLAR
08 avqust 2025 17:54 (UTC +04:00)

Daşkəsəndə DƏHŞƏT: qardaş bacısını baltaladı - TƏFƏRRÜATLAR

Daşkəsəndə 30 yaşlı qadının qardaşı tərəfindən baltalanmasının bəzi təfərrüatları məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, xəsarət alan 30 yaşlı Əfsanə Cəfərova bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onun iki övladı olub. Təxminən bir ay əvvəl isə onun daha bir övladı dünyaya gəlib. Bundan sonra qardaşla bacının arasında mübahisə yaranıb. Onların buna görə mübahisələri sonda qanla nəticələnib.

Qeyd edək ki, xəsarət alan qadının birinci həyat yoldaşı öz doğma dayısı oğlu olub.

***

saat 15:05

Daşkəsəndə qardaş bacısını baltalayıb.

Lent.az xəbər verir ki, rayon sakini, 40 yaşlı İnqilab Məmmədov 30 yaşlı bacısı Əfsanəyə balta ilə xəsarət yetirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar