Niyə soğanla kökü eyni anda qızartmaq olmaz?
08 avqust 2025 15:47 (UTC +04:00)

Niyə soğanla kökü eyni anda qızartmaq olmaz?

Bir baxışda soğanla kökü eyni vaxtda qızartmaq həm vaxt, həm də əziyyətə qənaət edən klassik bir kulinariya üsulu kimi görünə bilər. Amma əslində bu, yeməyin dadını korlaya bilər.

Lent.az bu səbəbi təqdim edir:

Niyə soğan və kökü birlikdə qızartmaq olmaz?
Təcrübəli aşpazlar qeyd edir ki, soğanla kökü eyni anda qızartmaq böyük bir səhvdir. Bu üsul tərəvəzlərin həm dadını, həm də ətirini itirməsinə səbəb olur. Bu barədə zaxid.net saytı məlumat yayıb.

Səbəbi nədir?
Əsas problem bu iki tərəvəzin fərqli sıxlıq və rütubətə malik olmasıdır. Soğan daha tez bişir, amma kök daha bərk olduğu üçün daha uzun müddət tələb edir. Nəticədə, soğan çiy qalır, kök isə ya yanır, ya da dadsız olur. Həm də kökdən çıxan şirə, soğanın ətirini özünə çəkir və yemək ləzzət balansını itirir. Bundan əlavə, kök tərəvəz qarışığını nəmləndirir və bu zaman soğan qızarmır, əksinə bişir (tüşür). Bu isə tamamilə fərqli nəticə verir.

Bəs düzgün qızartma qaydası necədir?
İdeal ləzzət və ətirli əsas yaratmaq üçün bu ardıcıllığa əməl edin:

Tavaya az miqdarda duru yağ tökün və orta odda yaxşıca qızdırın. Əvvəlcə doğranmış soğanı əlavə edin, təxminən 3 dəqiqə qızardın – qızılı rəng alana qədər. Sonra rəndələnmiş və ya doğranmış kökü əlavə edin. Tərəvəzləri birlikdə bir neçə dəqiqə güclü odda qızardın, sonra isə oddan azaldın və hazır olana qədər qarışdıraraq bişirin. Bu üsulla istənilən yemək üçün istər şorba, istərsə də tərəvəz yeməyi olsun dadlı, doğru quruluşa və ətri yerində olan bir əsas əldə edəcəksiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312

Oxşar yazılar