Avqustin 15-də Yaban Sea Breeze səhnəsində gürcü əsilli müğənni, bəstəkar və prodüser Brandon Stone möhtəşəm canlı ifaları ilə görüşünüzə gələcək.
Yaban Sea Breeze konsepti sadəcə istirahət məkanı olmaqla kifayətlənmir — bu, həm də dinclik və əyləncənin harmoniyasıdır. Bu mövsümdə Yaban Sea Breeze səhnəsində bir-birindən maraqlı sənətçilərlə yanaşı, xüsusi qonaq, dünyaca məşhur musiqiçi Brandon Stone-nun çıxışı da sizi gözləyir.
Əslən Tbilisidən olan Brandon Stone musiqi fəaliyyətinə gənc yaşlarından başlayıb. Almaniyada təhsil alan sənətçi burada həm akademik, həm də səhnə təcrübəsi qazanmışdır. Onun "На стиле и опасна" (Dəbli və təhlükəli), “За любовь" (Sevgi üçün), "Полюби себя" (Özünü sev), "Родители" (Valideynlər), "Она любит тебя" (O səni sevir) və digər hitləri dillər əzbəridir.
Yalnız Brandon Stone-un səsi deyil, Yaban Sea Breeze-in unikal atmosferi, dəniz mənzərəsi və yay enerjisi gecəni daha da özəl edəcək. Gecədə həmçinin, xüsusi menyu və əyləncəli proqram da təqdim olunacaq.
Bu, təkcə konsert deyil – bu, Brandon Stone ilə musiqinin və hisslərin görüş nöqtəsidir.
Yayın ən musiqili və ən səmimi axşamını qaçırmayın!
Tarix: 15 avqust 2025
Saat: 19:30
Məkan: Yaban Sea Breeze
Rezervasiya üçün: +994 50 763 67 24