Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində ümumi sahəsi 60 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.