Doqquzuncu mərtəbədən yıxılan kişi yüngül xəsarətlərlə  hamını şoka saldı
20 noyabr 2025 12:09 (UTC +04:00)

Doqquzuncu mərtəbədən yıxılan kişi yüngül xəsarətlərlə hamını şoka saldı

0

Rusiyanın Moskva şəhərində 39 yaşlı kişi doqquzuncu mərtəbənin pəncərəsindən yıxılıb. Lakin onun ciddi xəsarət almaması həkimləri təəccübləndirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Medınskaya küçəsindəki binada baş verib. Yerli sakin təxminən 30 metr hündürlükdən yerə çırpılıb. Onu təsadüfi keçənlər görüb və təcili tibbi yardım çağırıblar.

Həkimlər yaralıda onurğanın sıxılma sınığını aşkarlayıblar, lakin bu, həyat üçün təhlükə yaratmır. Pasiyent ətraflı müayinədən keçdikdən sonra belə başqa heç bir xəsarət müəyyən olunmayıb.

Profilaktik olaraq onu sutkalıq reanimasiya şöbəsinə yerləşdiriblər, sonra isə evə buraxıblar. 

Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün detalları ilə bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar