DTX və DSX-dan BİRGƏ ƏMƏLİYYAT:  saxlanılan var
18 aprel 2026 19:07 (UTC +04:00)

DTX və DSX-dan BİRGƏ ƏMƏLİYYAT: saxlanılan var

0

Külli miqdarda narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Lent.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə əməliyyat-axtarış tədbirləri keçirilib.

Nəticədə İran vətəndaşı ilə cinayətkar əlaqəyə girərək qaçaqmalçılıq yolu ilə həmin ölkədən Azərbaycan ərazisinə satış məqsədilə keçirilmiş xeyli miqdarda “Metadon” M-40 həbləri və qurudulmuş marixuananı aprelin 11-də Beyləqan rayonu ərazisindən Bakı şəhərinə apararkən 32 yaşlı Orucov Qoca Mikayıl oğlu saxlanılıb.

Keçirilmiş baxış zamanı ümumi çəkisi 16 kq. 700 qr. narkotik vasitə olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləri aşkarlanaraq götürülüb.

DTX İstintaq Baş İdarəsi tərəfindən Q.Orucov Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar