Əkbər Xəlilov  Azərbaycana gətirildi
17 noyabr 2025 16:57 (UTC +04:00)

Əkbər Xəlilov Azərbaycana gətirildi

0

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Xəlilov Əkbər Tariyel oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Bakı şəhəri Qaradağ rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əkbər Xəlilovun öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Əkbər Xəlilov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar