Krımda kişi itləri öldürərək yeyib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, istintaqın müəyyən etdiyinə görə, hadisə Beloqorsk rayonunun Qolovanovka kəndində baş verib.
55 yaşlı kişi evinin həyətindəki itləri öldürüb və onları yeyib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 245-ci maddəsinin 2-ci hissəsi üzrə cinayət işi qaldırılıb. Maddə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Hazırda hüquq-mühafizə orqanları araşdırma aparır.