Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesində hökm oxunub.
Lent.az xəbər verir ki, hökmə əsasən, Əbülfəz Səricanova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Xatırladaq ki, Əbülfəz Səricanov DTX tərəfindən həbs edilib.
Ona DTX-də başlanılmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə cinayətinə hazırlıq) maddəsi ilə ittiham elan olunub, məhkəmə prosesləri qapalı keçirilib.
Fərqanə Novruzova