"Fənərbaxça çempion olacaq"  deyən astroloq saxlanıldı
28 may 2024 13:42 (UTC +04:00)

"Fənərbaxça çempion olacaq" deyən astroloq saxlanıldı

"Fənərbaxça çempion olacaq" paylaşımları ilə gündəmdə olan, "Qalatasaray" çempion olduqdan sonra isə azarkeşlərə ağlasığmaz söyüşlər söyləyən astroloq Meral Güven saxlanılıb və barəsində araşdırmalara başlanılıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, məlum olduğu kimi, həftələrdir turnir cədvəlinə liderlik edən "Qalatasaray" 102 xalla çempionluğa yüksəlib. “Fənərbaxça” isə “İstanbulspor”a 6 qol vurmasına baxmayaraq, 99 xalla 2-ci olub.

Astroloq Meral Güven “Fənərbaxça çempion olacaq” yazıları ilə gündəm olub.

“Qalatasaray” çempion olduqdan sonra astroloq Meral Güven paylaşımında belə deyib:

"Allaha şükür, Uca Yaradan, həvəsinizi boğazınızda qoydu. Keçən il ölmüş uşağımı söyüb, məni hədələyirdiniz, budur beləcə adamın həvəsi boğazında qalar. Daha pis olun. Allaha şərik qoşmaq nə deməkdir, gördünüz? Məni Allah kimi görürdünüz, gördünüz nəticəni. Elə söyüş söyülməz, belə həvəs boğazda qalar”.

Gərgin reaksiyadan sonra sosial media hesablarını bağlayan Astroloq Meral Güvənin söyüşlərlə dolu TikTok canlı yayımı dərhal diqqət çəkib. Meral Güvənin söyüş söyməsi “Fənərbaxça” azarkeşlərini qəzəbləndirərkən, TikTok-da söyüş qadağan olunduğu üçün canlı yayım birdən-birə sosial şəbəkə rəhbərliyi tərəfindən kəsilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5604
avatar

Oxşar yazılar