Fulya Öztürk dağıntılar altında qalan uşağa belə KÖMƏK ETDİ  - VİDEO
07 fevral 2023 11:57 (UTC +04:00)

Fulya Öztürk dağıntılar altında qalan uşağa belə KÖMƏK ETDİ - VİDEO

"CNN Türk" kanalının jurnalisti Fulya Öztürk zəlzələ nəticəsində dağıntılar altında qalmış uşağı xilas edib.

Lent.az xəbər verir ki, o, zəlzələnin mərkəzi sayılan Kahramanmaraşda İsmetpaşa Məhəlləsində canlı yayım edərkən, gözləmədiyi mənzərə ilə qarşılaşıb. 

Belə ki, Fulya dağılmış evin altında qalan insanlara "Səsimi eşidən var?", - deyərək, səslənən zaman evdə pərdənin arxasından 14 yaşlı bir uşaq əl sallayır. Can adlı uşağa jurnalist "Səni xilas edəcəyik, indi gələcəklər", - deyir.

Bundan sonra F.Öztürk xilasediciləri kömək etməsi üçün əraziyə çağırır. 

Görüntüləri təqdim edirik:


 

Jurnalist Fulya Öztürk uşağı belə tapdı

# 2061
avatar

Nigar Namiq

Oxşar yazılar