Füzulidə çoban atla minaya düşüb  öldü
12 mart 2026 21:00 (UTC +04:00)

Füzulidə çoban atla minaya düşüb öldü

0

Füzulidə mina hadisəsi baş verib və nəticədə atla minaya düşən çoban həyatını itirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu mina hadisəsi nəticəsində həyatını itirib.

Hadisə yerinə cəlb edilmiş ANAMA mütəxəssisləri mərhumun meyitini götürərək aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar