“Krokus Siti Holl”da terror törədənlərə ömürlük cəza  verildi
12 mart 2026 12:39 (UTC +04:00)

“Krokus Siti Holl”da terror törədənlərə ömürlük cəza verildi

0

Rusiyanın Moskva şəhər məhkəməsi “Crocus City Hall” konsert zalında törədilən terror aktına görə təqsirləndirilənləri ömürlük həbs cəzasına məhkum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Şamsidin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Saidəkram Racabolizodanı cəzalarını xüsusi rejimli müəssisədə çəkməklə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Onlar cəzalarının bir hissəsini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəza müəssisəsində çəkəcəklər.

Bundan əlavə, məhkəmə hər birinə 990 min rubl məbləğində cərimə də təyin edib.

Həmçinin onlara kömək edən 11 nəfərə də ömürlük həbs cəzası verilib. Məlumatda qeyd olunur ki, onlar terrorçuları pul və silahla təmin edib, həmçinin onlara avtomobil satıblar.

Daha 4 cinayət ortağı isə 19 il 11 aydan 22 il 6 aya qədər həbs cəzasına məhkum ediliblər.

Qeyd edək ki, terror aktı 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən Krokus Konsert salonunda baş verib. Nəticədə 6-sı uşaq olmaqla, 145 nəfər həyatını itirib, 551 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar