İşdə məhəbbət macərası:  Tramp naziri işdən çıxardı
12 mart 2026 19:18 (UTC +04:00)

İşdə məhəbbət macərası: Tramp naziri işdən çıxardı

0

ABŞ prezidenti Donald Tramp qadın nazir Kristi Noemi iş yerindəki münasibətə görə işdən çıxarıb.

Lent.az bildirir ki, bu barədə "New York Post" qəzeti Ağ evdəki mənbələrə istinadən məlumat verib.

Mənbələrin fikrincə, Noemin daxili təhlükəsizlik naziri vəzifəsindən istefasında həlledici amil onun müşaviri Kori Levandovski ilə münasibətləri ilə bağlı suala verdiyi cavab ola bilər.

Dinləmə zamanı konqresmenlərdən biri Noemdən Levandovski ilə cinsi əlaqədə olub-olmadığını birbaşa soruşub. Nazir sualı "tabloid cəfəngiyatı" adlandıraraq cavab verməkdən imtina edib. Digər qanunvericilər ona mövzunu dayandırmaq üçün sadəcə "yox" deməyi təklif etdikdə, o, imtina edib.

Ağ Evdəki mənbəyə görə, bu epizod "son damla" olub, çünki cavab faktiki olaraq tabeliyində olan bir şəxslə münasibətinin etirafı kimi görünüb. Noemin 30 ildən çoxdur evli olduğu əri dinləmədə iştirak edib.

Mənbələr qeyd edir ki, prezidentin narazılığı bir müddətdir artmaqda idi. Xüsusilə, Noemin Senatda nazirliyin özünün də rol aldığı 220 milyon dollarlıq reklam kampaniyasını təsdiqlədiyi barədə verdiyi açıqlama onu qıcıqlandırıb. Tramp daha sonra "bu barədə heç nə bilmədiyini" iddia edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar