Gənc oğlan  dənizdə batdı
24 iyun 2022 17:36 (UTC +04:00)

Gənc oğlan dənizdə batdı

Sumqayıtda gənc oğlan dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 kilometr aralı nəzarətsiz ərazidə 19 yaşlı Bəylərov Eldar Qoşqar oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 1656
avatar

Mehman Nəbiyev

Oxşar yazılar