Gəncədə 4 otaqlı ev yandı , ər-arvad zəhərləndi
05 sentyabr 2025 08:45 (UTC +04:00)

Gəncədə 4 otaqlı ev yandı, ər-arvad zəhərləndi

0

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən, ümumi sahəsi 300 kvadratmetr olan 4 otaqlı evdə baş verib. Evdə anidən başlayan yanğın nəticəsində 130 kvadratmetr sahə əşyalarla birlikdə yanıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, evin qalan hissəsi və qonşuluqdakı tikililər alovdan mühafizə olunub.

Hadisə zamanı 1955-ci il təvəllüdlü Ə. Məmmədov və həyat yoldaşı, 1957-ci il təvəllüdlü V. Məmmədova tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Baş vermiş yanğınla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar