Gəncədə minik maşını sərnişin avtobusu ilə toqquşdu, ölən və yaralananlar var
27 noyabr 2025 16:50 (UTC +04:00)

Gəncədə minik maşını sərnişin avtobusu ilə toqquşdu, ölən və yaralananlar var

0

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını "BAKU BAS"a məxsus sərnişin avtobusuna çırpılıb.

Nəticədə, minik maşınında olan bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar