Göyçay sakini dayısı oğlunu bıçaqladı
29 mart 2023 05:33 (UTC +04:00)

Göyçay sakini dayısı oğlunu bıçaqladı

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub. 

Lent.az APA-ya istinadla verir ki, rayonun Hacalıkənd kənd sakini, 1999-cu il təvəllüdlü Nemətov Elnur Xəyyam oğlu şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı dayısı oğlu Əhmədli Kənan Kamran oğlunu bıçaqlayıb. 

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun APA-nin Şirvan  bürosuna verdiyi məlumatında bildirib ki, hadisəni törədən Elnur Nemətov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 

# 1380
avatar

Oxşar yazılar