Göyçayda güclü külək  bir nəfəri   ÖLDÜRDÜ-YENİLƏNİB
31 may 2023 22:00 (UTC +04:00)

Göyçayda güclü külək bir nəfəri ÖLDÜRDÜ-YENİLƏNİB

Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Lent.az xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

Belə ki, avtomobilin üzərinə ağac düşməsi nəticəsində ölən şəxs kimi təqdim edilən rayon sakini, 1959-cu il təvəllüdlü F. Abdullayev ürəktutmadan dünyasını dəyişib.

Rayonun Mırtı kənd sakini olan bir nəfər üzərinə ağac budağı aşması, Qarabaqqal kəndində bir nəfər isə evin uçması nəticəsində xəsarət alıblar.

***

Saat 21:28

Leysan yağış Göyçayda bir sıra fəsadlara yol açıb.

Lent.az APA-nin Şirvan bürosuna istinadən xəbər verir ki, qasırğa rayon mərkəzində yaşayış binasının və bir neçə fərdi evin, yardımçı tikilinin dam örtüyünü qoparıb.

Ağaclar aşıb, elektrik naqilləri qırılıb.

Rayonda əhaliyə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Sel Göyçay şəhərinin mərkəzi küçələrinə avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib.

Bir neçə evin zirzəmisini və həyətyanı sahəsini su basıb.

Xatırladaq ki, güclü külək nəticəsində iki nəfər xəsarət alıb, bir nəfər isə maşında ürəktutmasından dünyasını dəyişib.

***

Saat 19:59

Göyçayda güclü külək və qasırğa ölümə səbəb olub.

Lent.az xəbər verir ki, ilkin məlumatlara əsasən, rayonun Mırtı, Qarabaqqal kəndlərində külək nəticəsində yaralananlar olub, bir nəfər isə ürək tutmasından  həyatını itirib. Həyatını itirən şəxs güclü qasırğa zamanı maşında olarkən dünyasını dəyişib.

# 3552
avatar

Oxşar yazılar