Göygöldə 35 yaşlı gənc bıçaqlandı
18 dekabr 2025 08:52 (UTC +04:00)

Göygöldə 35 yaşlı gənc bıçaqlandı

0

Göygöldə 35 yaşlı kişi kəsici-deşici alətlə xəsarət alıb.

APA xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini, 1990-cı il təvəllüdlü X. Məmmədov qarın nahiyəsinin kəsici-deşici alətlə xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, X. Məmmədov rayon ərazisində yıxılarkən kəsici-deşici alətlə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar