Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur
15 dekabr 2025 18:33 (UTC +04:00)

Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur

0

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyliyə 5 il müddətinə Türkiyədən deportasiya olunması barədə rəsmi qərar təqdim olunub.

Lent.az-ın məlumatına görə, bu barədə Gültəkin Hacıbəyli özü sosial şəbəkədə yazıb.

O qeyd edib ki, 3 gün əvvəl saxlanıldığı Arnavutköy Mirqasiya Mərkəzindən çıxarılaraq Çatalca Miqrasiya Mərkəzinə aparılıb.

Qeyd edək ki, Gültəkin Hacıbəyli bu il noyabrın 29-da İstanbulda yaşadığı evdə saxlanılaraq, polis bölməsinə aparılıb.

Bir gün sonra isə Arnavutköy Miqrasiya Mərkəzinə köçürülüb.

Xatırladaq ki, media Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü Əli Kərimlinin Prezident Administrasiyasının sabir rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldıqlarını yazıb.

Əli Kərimli barəsində artıq ittiham olunaraq, həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar