Həbsxanaya antiperspirantın içində telefon keçirmək istədilər - BAKIDA
25 mart 2022 09:45 (UTC +04:00)

Həbsxanaya antiperspirantın içində telefon keçirmək istədilər - BAKIDA

Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 221.1; 221.2.1; 228.4; 120.2.2 və 120.2.9-cu maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Amin Rahim oğlu Kazımova tanışı Ağdam rayon sakini Vüsal Rafiq oğlu Məmmədov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman, orada olan plasmas antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilən, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 2091
avatar

Mehman Nəbiyev

Oxşar yazılar