Xanlar Vəliyev
30 sentyabr 2022 09:38 (UTC +04:00)

Xanlar Vəliyev

Hərbi Prokuror ordudakı cinayətlərdən DANIŞDI

Ötən il orduda özünü öldürmə həddinə çatdırma cinayətləri 10 faiz azalıb.

Lent.az xəbər verir ki, bunu Hərbi Prokuror, general-leytenant Xanlar Vəliyev açıqlamasında bildirib. Onun sözlərinə görə, 2021-ci ilin 8 ayına nisbətən 2022-ci ilin 8 ayı ərzində qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 80 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 18,2 faiz azalıb:

"Həmçinin, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davra­nış qaydalarını pozma cinayətləri 92,3 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 12,5 faiz, odlu silahı, döyüş sursatını, partlayı­cı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 57,1 faiz, fərarilik cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 20 faiz daha az olub".

# 2541
avatar

Oxşar yazılar