"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı
31 oktyabr 2025 18:46 (UTC +04:00)

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı

0

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovla bağlı qərar verilib.

Lent.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının Vüqar Məmmədov barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib. Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 530

Oxşar yazılar