Hüseyn Həsənovun evinə BASQIN  - VİDEO
04 sentyabr 2025 16:06 (UTC +04:00)

Hüseyn Həsənovun evinə BASQIN - VİDEO

0

Bloger Hüseyn Həsənovun evinə hücum olub.

Lent.az xəbər verir ki, bu barədə bloger Instagram hesabında paylaşım edib.

Gecə saatlarında bir qadın əlində bıçaqla evinin qapısını döyüb və onu ölümlə hədələyib.

Bloger isə bu barədə polisə xəbər verib.

Həsənov bildirib ki, həmin qadın ona davamlı olaraq xoşagəlməz, anlaşılmaz mesajlar yazır:

“Bu qadın aylardır mənə yazır. Mənə deyir ki, sən sevgili tapa bilmirsən, çünki sənin ruhun hələ də mənə bağlıdır. Bu gün isə mənim evimə bıçaqla gəlib”.

H.Həsənov həmin qadının köməyə ehtiyacı olduğunu deyib:

“Mən onun kim olduğunu bilmirəm. Əgər onun yaxınları bu yazıları oxuyub, söhbətin kimdən getdiyini başa düşürsə, zəhmət olmasa onu klinikaya göndərsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 753

Oxşar yazılar