İçkili halda vəsiqəsiz maşın sürməyin cəzası nədir?
28 aprel 2022 10:03 (UTC +04:00)

İçkili halda vəsiqəsiz maşın sürməyin cəzası nədir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu sürücülük vəsiqəsi olmadan sərxoş halda avtomobil idarə edənlərlə bağlıdır.

Bu kimi pozuntular son günlər daha da artıb. Belə ki, bəziləri vəsiqəsi olmadan sərxoş halda yaxud narkotik maddənin təsiri altında avtomobil idarə edir. Elə olur ki, həmin “sürücü”lər qəzaya da səbəb olurlar.

Bəs görək, vəsiqəsiz sərxoş halda avtomobil idarə etməyin cəzası nədir?

Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. O bildirib ki, belə halda avtomobil idarə edən şəxsi 500 manat cərimə və ya müəyyən müddətə inzibati həbs gözləyir.

Daha ətraflı məlumat üçün videonu izləyin:

Vəsiqəsiz içkili halda maşın sürməyin cəzası nədir?

# 5262
avatar

Mehman Nəbiyev

Oxşar yazılar