“İdrak” liseyində baş verən silahlı insidentlə bağlı YENİ FAKTLAR
06 fevral 2026 11:28 (UTC +04:00)

“İdrak” liseyində baş verən silahlı insidentlə bağlı YENİ FAKTLAR

2

“İdrak” liseyində baş verən silahlı insidentlə bağlı yeni faktlar üzə çıxıb. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə baş verən təhsil müəssisəsi dövlət yox, özəl tədris müəssisəsidir. 

Həmçinin məlum olub ki, hadisə liseyin binasında baş verib.

Lent.az hadisəni törədən şagirdin valideyni ilə bağlı da dəqiq məlumat əldə edib. 

Belə ki, həmin şagirdin atası vəzifəli şəxs deyil. O, vaxtilə JEK-də müavin olub.

Qeyd edək ki, bu gün saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb.

Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 914

Oxşar yazılar