İdrak Liseyinin binası Ruslan Eyyubovun  imiş
06 fevral 2026 12:27 (UTC +04:00)

İdrak Liseyinin binası Ruslan Eyyubovun imiş

0

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı İdrak Liseyində şagird müəllimi güllələyib.

Lent.az baku.ws-ə istinadla xəbər verir ki, hadisə baş vermiş Liseyin yerləşdiyi binanın sahibi Ruslan Eyyubovdur.

Xatırladaq ki, Ruslan Eyyubov ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.

Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan "NB Qrup" şirkətinin rəhbəridir.

Qeyd edək ki, İdrak Liseyində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 844

Oxşar yazılar