İki maşın toqquşdu,  ölən   və xəsarət alan var - FOTO
08 sentyabr 2022 00:16 (UTC +04:00)

İki maşın toqquşdu, ölən və xəsarət alan var - FOTO

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Opel” ilə “VAZ – 2107” markalı minik maşınları toqquşub.

Qəza zamanı 1999-cu il təvəllüdlü Abdullayev Beydalı Tofiq oğlu ölüb.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Ağacanov Rüstəm Silduz oğlu isə ağır xəsarət alıb.
 

# 2274
avatar

Oxşar yazılar