Abşeron Gənclər şəhərciyində PARTLAYIŞ:  ölən var - VİDEO  - YENİLƏNİB
15 iyul 2025 10:29 (UTC +04:00)

Abşeron Gənclər şəhərciyində PARTLAYIŞ: ölən var - VİDEO - YENİLƏNİB

Abşeronda yaşayış binasında baş verən partlayışda yaralanan kişi ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, partlayışda yaralanan 1976-cı il təvəllüdlü Novruz Mirzəbala oğlu Ağayev xəstəxanada dünyasını dəyişib.

***

7 iyul, saat 22:34

Saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub.

Bu barədə Lent.az-a cavab olaraq TƏBİB məlumat verib.

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

***

21:46

Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində partlayış baş verib.

Lent.az xəbər verir ki, 11 mərtəbəli binanın 6-cı mərtəbəsində baş verən partlayış nəticəsində xəsarət alanların olduğu bildirilir.

Məlumata görə partlayışın baş verən mənzildə yaşayan baba, nəvəsi və daha bir nəfər ağır xəsarət alıblar.

Partlayışın dalğasından mənzilin şüşələri qırılaraq küçədə dayanan avtomobillərin və insanların üzərinə tökülüb. Əlavə xəsarət alanların olduğu bildirilir.

Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və Təcili Tibbi Yardım avtomobilləri cəlb olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4028

Oxşar yazılar