İkisi uşaq olmaqla, dörd nəfər  yanğında öldü
31 yanvar 2026 11:47 (UTC +04:00)

İkisi uşaq olmaqla, dörd nəfər yanğında öldü

0

Rusiyanın Altay diyarında yaşayış evində baş verən yanğın zamanı dörd nəfər həyatını itirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə saatlarında Kamen-na-Obi şəhərinin Respublika küçəsində yerləşən yaşayış evində baş verib. Yanğın zamanı mənzildən iki böyük, həmçinin beş yaşlı və səkkiz aylıq iki uşaq təxliyə edilib. Onlar zəhərlənmə diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdiriliblər. Lakin zərərçəkənlərin həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, yanğın soba avadanlığının istismar qaydalarının pozulması nəticəsində baş verib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar