Əhməd Oruc
18 noyabr 2025 15:20 (UTC +04:00)

Əhməd Oruc

İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU: hamı xəstəxanada imiş

0

İnsult keçirərək xəstəxanaya yerləşdirilən Azadlıq Partiyasının sabiq sədri Əhməd Orucun evi qarət edilib. 

Bu barədə Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib. 

Onun sözlərinə görə, hadisə atasını xəstəxanaya yerləşdirən gün baş verib.

"Evimiz "Şamaxinka"da yerləşir. Biz xəstəxanada olanda pəncərəni qıraraq evə giriblər. Evdən 6 min manatlıq qızıl olmaqla ümumi 10 min manat dəyərində oğurluq edilib".

Abdul Oruc qeyd edib ki, hadisə ilə bağlı polisə məlumat verilib: 

"Xəstəxanadan qayıdanda gördük ki, evimiz qarət edilib. Dərhal polisə məlumat verdik. Binəqədi polisindən gəlib əl izlərini götürdülər. Bildiyimizə görə, hadisəni törədənin kimliyi artıq müəyyənləşib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edirilir". 

Qeyd edək ki, Əhməd Oruc iki gün əvvəl ürəyindəki ağrılarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. İnstitutda olarkən o, insult keçirib.

Əhməd Oruc hazırda reanimasiyadadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar