İnterpolun axtardığı Balakən sakini Dağıstanda tutuldu
25 noyabr 2025 13:09 (UTC +04:00)

İnterpolun axtardığı Balakən sakini Dağıstanda tutuldu

0

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstanda tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə Balakən Rayon Polis Şöbəsi tərəfindən ibtidai istintaq edilən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi üzrə cinayət işi üzrə axtarışda olan Göylərov Şəhruddin Süleyman oğlu İnterpol vasitəsilə Mahaçqalada saxlanılıb.

Hazırda Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin aidiyyəti qurumlarla birgə Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1084

Oxşar yazılar