İranda zəlzələdə yaralananların sayı 400-ə yaxınlaşır - YENİLƏNİB
05 oktyabr 2022 11:34 (UTC +04:00)

İranda zəlzələdə yaralananların sayı 400-ə yaxınlaşır - YENİLƏNİB

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə yaralananların sayı 400-ə yaxınlaşır.

Lent.az APA-ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində 390 nəfər yaralanıb.

Xoyda indiyə qədər 25 yeraltı təkan qeydə alınıb.

***
Saat: 09:55

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş verən zəlzələdə çoxlu sayda yaralı var.

Lent.az APA-ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində 280 nəfər yaralanıb, 200 evə ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 4:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

Muxtar respublikada dağıntı və tələfat yoxdur. Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.

# 3420
avatar

Oxşar yazılar