İrandakı həbslərdən qaçan etirazçı Xəzəri üzərək  Azərbaycana keçdi - ÖZƏL
01 sentyabr 2026 19:14 (UTC +04:00)

İrandakı həbslərdən qaçan etirazçı Xəzəri üzərək Azərbaycana keçdi - ÖZƏL

1

Azərbaycan dövlət sərhədini pozan iranlı həbs olunub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, 25 yaşlı İran vətəndaşı İmran Əmir Hüseyn Davud oğlu Xəzər dənizini üzərək Azərbaycan tərəfə keçib. Lakin o, məqsədinə çata bilməyib və Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

İstintaq zamanı məlum olub ki, İmran Əmir Hüseyn bu ilin əvvəlində İranda hökumət əleyhinə keçirilən aksiyalarda fəal iştirak edib. İranın hüquq-mühafizə orqanları aksiya iştirakçılarını həbs edərkən o qaçıb. İmran Əmir Hüseyn Xəzər dənizini üzə-üzə Azərbaycanın cənubuna keçmək istəyib. Bu məqsədlə o nəqliyyat vasitəsilə Gilandan Azərbaycan sərhədinə gəlib. Axşam saatlarında piyada sərhədi zolağında hərəkət edib. Gecə isə Xəzəri üzərək Azərbaycana keçib. Azərbaycanın nəzarətində olan sulara daxil olarkən sərhədçilər tərəfindən saxlanılıb. İranda onun barəsində axtarış elan edib. 

İmran Əmir Hüseyn ifadəsində İranda həbs olunmamaq və yaşamaq üçün qanunsuz yolla Azərbaycana gəldiyini etiraf edib.

Saxlanılarkən onun üzərində külli miqdarda İran pulu çıxıb. 

Məhkəmənin qərarı ilə İmran Əmir Hüseyn Davud oğlu 1 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarına görə, o, cəza müddəti başa çatandan sonra Azərbaycandan məcburi qaydada çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 124

Oxşar yazılar