İş düzəltmək  adı ilə 50 minlik  dələduzluq etdi
26 noyabr 2025 10:17 (UTC +04:00)

İş düzəltmək adı ilə 50 minlik dələduzluq etdi

0

Naxçıvan şəhərində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb.

Muxtar Respublikanın DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, o, ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirib.

Faktla bağlı Naxçıvan  ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

E.İsmayılovun analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 96

Oxşar yazılar