İşıq dirəyinə çırpılan sürücü ÖLDÜ
29 may 2025 09:50 (UTC +04:00)

İşıq dirəyinə çırpılan sürücü ÖLDÜ

Bakıda sürücünün idarəetməni itirməsi ilə ölümlə nəticələnən qəza olub.

Lent.az xəbər verir ki, mayın 27-i gecə saat 02:50 radələrində Babaşzadə Elvin Razi oğlu idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2072 ünvanının qarşısında hərəkətdə olan zaman idarəetməni itirərək yolayrıcında işıq dirəyinə çırpılması nəticəsində hadisə yerində ölüb.

Avtomaşında olan sərnişin Mövsümlu Nurlan Səfa oğlu isə müxtəlif ağır bədən xəsarətləri ilə “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsinə yerləşdirilib. 

Faktla bağlı 27.05.2025-ci il tarixdə Nərimanov RPİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758

Oxşar yazılar